ABŞ Əfqanıstanla bağlı vədinə sadiq qalır

Son zamanlar dünya ictimaiyyətini ən çox narahat edən problemlərdən biri də Əfqanıstandakı daxili qarşıdurmaların davam etməsidir. Bu məsələ BMT Baş Assambleyasının 72-ci sessiyasında da geniş müzakirə edilib. Dünya siyasətinin formalaşmasında daha çox iştirak edən ABŞ rəsmiləri də bu problemi daim diqqət mərkəzində saxlayırlar.

Elə ABŞ-ın müdafiə naziri Ceyms Mettisin Kabil səfəri də bu diqqətin nəticəsidir. Mettisin bu ölkəyə səfəri heç də təsadüfü deyil. Onun səfərinin əsas məqsədi Birləşmiş Ştatların Əfqanıstanla bağlı vədinə sadiq qaldığının göstəricisidir. Pentaqon rəhbəri habelə ABŞ-ın başçılığı ilə müharibəyə dair dəyişikliklər edilmiş planın olduğunu da qeyd edib.

C.Mettis Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında ABŞ və alyans üzvlərinin Əfqanıstanın beynəlxalq terrorçuların sığınacağına çevrilməməsi üçün göstərilən səylərə vahid yanaşmadan danışıb: “Əfqan birləşmələrinin NATO-nun dəstəyini alması məqsədilə onları müşavirlərlə təmin etmək, müttəfiq qüvvələrlə yanaşı, ABŞ-ın əlavə əsgəri qüvvəsini artırmaq və bu döyüşdən geri çəkilməyəcəyimizi bəyan etmək məqsədi güdürük. Qısaca, qeyri-müəyyənlik müəyyənliklə əvəz edilib.” Məlumatı “Amerikanın səsi” verib.

Qeyd edək ki, ABŞ müdafiə naziri Əfqanıstana səfərindən əvvəl Dehlidə Hindistan rəsmiləri ilə də danışıqlar aparıb.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında