Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib

Sentyabrın 27-də Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova gündəliyə 2017-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə hesabatın və komitənin 2017-ci il payız sessiyası üçün iş planının layihəsi haqqında məsələlərin daxil olduğunu bildirdi.

Milli Məclisin 2017-ci il yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə danışan Bahar Muradova dedi ki, komitəyə daxil olan müraciətlər, vətəndaşların qəbulu, komitədə baxılan qanun layihələri ilə bağlı təhlil aparılıb. Komitəyə daxil olan qanun layihələri müzakirə edilib və həmin layihələr plenar sessiyaya tövsiyə olunub.

Diqqətə çatdırıldı ki, 2017-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitənin 10 iclası keçirilib və həmin iclaslarda 11 məsələ müzakirə edilib. Bu məsələlərdən yeddisi qanun layihəsi, biri isə ombudsmanın illik məruzəsi olub. Bunlar “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Siyasi partiyalar haqqında”, “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanunlara dəyişikliklər və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihələridir. Komitə bu müddət ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun nəşinin verilməməsi ilə bağlı bəyanat qəbul edib.

Ötən müddətdə komitəyə 827 sənəd daxil olub, komitə rəhbərliyi tərəfindən isə 168 vətəndaş fərdi şəkildə qəbul edilib. Aidiyyəti təşkilatlara göndərilən 181 müraciətdən 175-nə, yəni 97 faizinə cavab alınıb.

Bundan başqa, komitə üzvləri İslam həmrəyliyinə, soyqırımı cinayətlərinə, media-parlament əlaqələrinə, uşaq hüquqlarına, gənclərin problemlərinə, gender məsələlərinə həsr olunmuş bir sıra tədbirlərdə iştirak edib, cəbhənin təmas xəttində keçirilmiş tədbirlərə qatılıblar. Bu tədbirlərin bir çoxu Milli Məclisin təşkilatçılığı ilə keçirilib. Komitə üzvləri Füzuli rayonunun Alxanlı kəndində ermənilər tərəfindən 2 yaşlı Zəhranın və onun nənəsinin qətlə yetirildiyi hadisə yerində olub, ATƏT-in yay sessiyasında bu hadisə qurum üzvlərinin diqqətinə çatdırılıb. 

Sonra iclasda komitənin 2017-ci il payız sessiyası üçün iş planının layihəsi müzakirə edildi. Bildirildi ki, bu sessiyada komitənin iş planı səkkiz istiqamətdə həyata keçiriləcək. Bunlar Azərbaycan Respublikası qanunlarında dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri, insan hüquqları sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsi, soyqırımı, təcavüz, etnik təmizləmə və digər beynəlxalq cinayətlərin cəzalandırılmasına nail olunması istiqamətində tədbirlərin təşkili, müvafiq təşkilatlarla bağlanmış anlaşma memorandumlarından irəli gələn məsələlərlə bağlı tədbirlərin keçirilməsi və digər məsələlərdir.           

Çıxış edən komitə üzvləri Hikmət Babaoğlu, Fazil Mustafa, Əflatun Amaşov, Tahir Kərimli, Flora Qasımova, Elman Nəsirov və Yevda Abramov 2017-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə hesabatı yüksək qiymətləndirdilər, payız sessiyasının iş planı ilə bağlı fikirlərini bölüşdülər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında