Nikola Brül: Azərbaycan İsveçrə üçün böyük əhəmiyyət kəsb edən tərəfdaşdır

Sentyabrın 27-də Milli Məclis sədrinin müavini, İsveçrə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Bahar Muradova İsveçrə Xarici İşlər Nazirliyinin Avropa, Mərkəzi Asiya, Avropa Şurası və ATƏT şöbəsinin rəhbəri Nikola Brülün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Bahar Muradova Azərbaycanla İsveçrə arasında əlaqələrin yüksək səviyyədə olmasının məmnunluq doğurduğunu dedi. Bildirildi ki, çoxtərəfli əlaqələrimiz qarşılıqlı dostluğa və səmimiyyətə söykənir. Ölkə rəhbərlərinin, parlament sədrlərinin, eləcə də digər siyasi şəxslərin qarşılıqlı intensiv səfərləri və müxtəlif beynəlxalq tədbirlərdə görüşləri dostluq əlaqələrimizin möhkəm olduğunun sübutudur.

Görüşdə parlamentlərarası əlaqələrin də yüksək səviyyədə olduğu qeyd edildi. Hər iki ölkə parlamentində dostluq qruplarının fəaliyyət göstərdiyi bildirildi. Bahar Muradova Azərbaycan parlamentində 80-dən çox ölkə ilə dostluq qruplarının olduğunu xatırladaraq, İsveçrə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunu ən fəal qruplardan biri kimi təqdim etdi. O, qrupa 21 deputatın üzv olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, elə bu faktın özü münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir.

Vitse-spiker dedi ki, İsveçrə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır.

İsveçrə Xarici İşlər Nazirliyinin Avropa, Mərkəzi Asiya, Avropa Şurası və ATƏT şöbəsinin rəhbəri Nikola Brül Azərbaycana ilk dəfə səfər etdiyini və bunun onda böyük təəssürat yaratdığını qeyd etdi. O bildirdi ki, hər iki ölkə parlamentlərində dostluq qruplarının fəaliyyət  göstərməsi əlaqələrimizin dərinləşdirilməsi üçün çox yaxşı zəmin yaradır. İsveçrə parlamenti gələn il dostluq qrupu üzvlərinin Bakıya səfərini planlaşdırır. Parlamentlər arasında yüksək səviyyədə əlaqələrin olması hər iki ölkənin maraq dairəsindədir. Nikola Brül onu da dedi ki, Azərbaycan İsveçrə üçün böyük əhəmiyyət kəsb edən tərəfdaşdır və bu ölkənin ərazi bütövlüyü bizim üçün önəm daşıyan məsələdir.

Milli Məclisin deputatları Tahir Mirkişili, Asim Mollazadə, Əflatun Amaşov, Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova və digər rəsmi şəxslərin iştirak etdikləri görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında