Azərbaycan ilə Fransa arasında turizm sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb

Parisdə keçirilən “Top Resa 2017” beynəlxalq turizm sərgisi çərçivəsində Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Fransanın “Entreprises de Voyage” şirkətinin vitse-prezidenti Rişar Subyel ilə görüşüb.

Görüşdə ölkəmizin turizm potensialı, bu sahədə təklif olunan xidmətlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfir Azərbaycanın turizm potensialı haqqında məlumat verərək, onun siyasi, iqtisadi aspektlər və mədəniyyətimizin təbliği baxımından əhəmiyyətinə toxunub. O, Prezident İlham Əliyevin ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi hər zaman diqqətdə saxladığını, bunun nəticəsində paytaxtla yanaşı, bölgələrimizdə də yüksək səviyyəli müasir turizm infrastrukturu yaradıldığını vurğulayıb. Azərbaycanın qədim və zəngin mədəniyyətinin, milli mətbəximizin, xalqımızın qonaqpərvərliyinin turistləri ölkəmizə cəlb etdiyini bildirib. Diplomat turizm sahəsində əməkdaşlığın iki ölkə arasında möhkəm körpü yaradacağını qeyd edib.

Söhbət zamanı turizmlə bağlı birgə fəaliyyət istiqamətlərinə dair məsələlər müzakirə olunub.

Görüşdən sonra Rişar Subyel AZƏRTAC-a müsahibə verib. O deyib ki, “Entreprises de Voyage” şirkəti Azərbaycanı Fransada daha yaxından tanıtmaq məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə memorandum imzalayıb. Səfirlə görüş gələcək fəaliyyətimizin, xüsusilə də turizm sahəsində əməkdaşlığın inkişafı baxımından önəmlidir. Görüşdə turizm sahəsində əməkdaşlığa dair bir çox məsələlər müzakirə olundu. Yaxın gələcəkdə turizm üzrə mətbuat nümayəndələrinin Azərbaycana səfərini təşkil edəcəyik. Həmçinin turizm üzrə mütəxəssislərin səfərini planlaşdırırıq. Onlar turistik proqramlar tərtib edəcəklər. Bu proqramlar vasitəsilə fransalı turistlər Bakı şəhərini daha yaxından tanıyacaqlar. Turizm sahəsində birgə fəaliyyətimizi daha da genişləndirmək niyyətindəyik.

Şəhla AĞALAROVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında