Arakan qaçqınlarının sayı 480 min nəfərə çatıb

Myanmanın Arakan ştatında ordunun və millətçi buddistlərin zülmündən qaçaraq Banqladeşin Koks-Bazar şəhərinə sığınmış müsəlman rohinyalıların sayı artıq 480 min nəfərə çatıb. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının mətbuat katibi Coel Millman Türkiyənin “Anadolu” agentliyinə məlumat verib.

Onun sözlərinə görə, qaçqınlar Koks-Bazar ətrafındakı düşərgələrdə yerləşdirilir. Bir müddət əvvəl isə BMT-nin Uşaq Fondunun
(UNİSEF) nümayəndəsi Kristofer Bulerak Koks-Bazardakı qaçqın düşərgəsində məskunlaşmış müsəlmanların 436 min nəfər olduğunu bildirmişdi. 

Dünən BMT-nin İnsan Haqları Şurası bir daha Myanma hökumətini Arakan müsəlmanlarına qarşı zorakılıq hərəkətlərinə son qoymağa çağırıb. Bu barədə şuranın yaydığı bəyanatda qeyd edilir. Sənəddə deyilir ki, Arakanda insan haqları kobud surətdə pozulur, yerli sakinlər zorakılıqla və qəddar münasibətlə qarşılaşır, onlar istintaqsız və məhkəməsiz öldürülür və öz evlərindən qovulurlar. Bu minvalla rohinyalıların 200-dən artıq kəndi və on minlərlə evi tamamilə yandırılıb.

Şura Myanmanın xarici işlər naziri Aun Can Cuya müracit edərək, müsəlmanlara qarşı zorakılıqları dayandırmağa çağırıb.

“Haaretz” qəzetinin yazdığına görə isə, Myanmada müsəlman əhaliyə qarşı ordu qüvvələri və fanat buddistlər tərəfindən törədilən cinayətlərə baxmayaraq, İsrail hökuməti bu ölkəyə silah satmaqda davam edir. Ölkənin hüquq-müdafiə təşkilatlarının fəalları bununla bağlı İsrailin Ali Məhkəməsinə müraciət edərək, Myanmaya silah satışının dayandırılmasını tələb ediblər.

Ali Məhkəməyə müraciət etmiş təşkilatlardan birinin üzvü Eitay Mak bildirib ki, İsrail ABŞ və Avropa İttifaqının qoyduğu qadağalara məhəl qoymayaraq, Myanmaya silah satmaqda davam edir. Hüquq müdafiəçilərinin müraciəti əsasında sentyabrın 26-da keçirilmiş məhkəmə prosesində dövlət maraqlarını müdafiə edən Şoş Şmueli isə deyib ki, “məhkəmə dövlətin xarici siyasətinə müdaxilə etməməlidir”. Məhkəmənin yaxın günlərdə məsələ ilə bağlı qərar verəcəyi gözlənilir.

Xatırladaq ki, Myanmada Arakan müsəlmanlarına qarşı hücumlar avqustun 25-dən “silahlılara qarşı mübarizə” adı altında başlanıb.

Paşa ƏMİRCANOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında