22 min nəfər evakuasiya edilib

Ukraynanın Vinnitsk vilayətindəki hərbi bazada baş verən yanğına görə 22 min mülki şəxs və 500 hərbçi ailəsi evakuasiya edilib. Xilasedicilər 10 saatdan çoxdur ki, yanğını söndürə bilmirlər.

Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahından bildiriblər ki, hərbi baza yerləşən Kalinovka kəndinin və ətraf qəsəbələrin əhalisi evakuasiya ediliblər.

Hadisəyə görə, Jitomir-Mogilyov-Podolosk avtomobil yolu bağlanıb. Bundan əlavə təyyarələr də 50 kilometr aralıdan uçurlar.

TASS-ın məlumatına görə, hərbi bazada kimyəvi sursatlar və “Smerç”, “Uraqan”, “Qrad” tipli  raket sistemləri var. Ümumiyyətlə, 60 hektar ərazini əhatə edən hərbi bazada 188 min ton hərbi sursat saxlanılır.

Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında