ABŞ Şimali Koreya ilə münaqişənin dinc yolla həllinə tərəfdardır

Birləşmiş Ştatların  müdafiə naziri Cim Mattis Hindistan rəsmiləri ilə ABŞ və Hindistan arasında ələqalərin gücləndirilməsinə dair danışıqlar aparmaq üçün Dehliyə səfəri zamanı mətbuata   bildirib ki,   ABŞ  Pxenyan  ilə artan gərginliyin dinc yolla həllinə üstünlük verir.  O, rəsmi Vaşinqtonun münaqişənin dinc yolla həllində diplomatik səyləri dəstəklədiyini deyib: “Bizim məqsədimiz məsələnin diplomatik yolla həllindən ibarətdir və mən inanıram ki, Prezident  Donald Tramp  bunu aydın şəkildə ifadə  edib”.

ABŞ dövlət katibi Reks Tillerson da  ölkəsinin  diplomatik səyləri dəvam etdirəcəyini və məsələnin bu yolla çözülə biləcəyinə ümid etdiyni söyləyib.

Şimali Koreyanın xarici işlər naziri  Ri Yonq Ho isə  deyib ki, onun ölkəsi Prezident Trampın “Twitter”də “Şimali Koreya  təhdidlərə davam edərsə, Pxenyan rejimi uzun müddət mövcud olmayacaq” mesajını paylaşmasını müharibənin başlanması kimi qiymətləndirir: “Bunu Birləşmiş Ştatların Prezidenti kürsüsünü tutan bir nəfərin dediyini nəzərə alsaq, bu, açıq-aydın müharibənin elan edilməsidir”. Məlumatı “Amerikanın  səsi” verib.

Ağ evin mətbuat katibi Şimali Koreyanın beynəlxalq sular üzərində uçan istənilən xarici təyyarənin vurulacağı ilə bağlı təhdidlərinin ciddi qəbul edilmədiyini bildirib.  O, ABŞ-ın Pxenyanla müharibə aparmadığını vurğulayıb və  Ri Yonq Honun iddiasını cəfəngiyyat adlandırıb.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında