Azərbaycan NATO ilə əməkdaşlığa xüsusi önəm verir

Sentyabrın 26-da Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və  korrupsiya ilə mübarizə komitəsinin sədri, Azərbaycanın NATO-da daimi nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə  xüsusi nümayəndəsi Ceyms Appaturayla görüşüb.              

Ziyafət Əsgərov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-NATO əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini söylədi. Qeyd olundu ki, Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun 8 sammitində iştirak edib. Ölkəmiz təşkilatın keçirdiyi bütün tədbirlərə qatılır və bu da qurumla münasibətlərimizin səviyyəsinin əsas göstəricisidir. Vurğulandı ki, Azərbaycan NATO ilə  fərdi əməkdaşlıq çərçivəsində əlaqələrə hər zaman xüsusi önəm verir. Ziyafət Əsgərov NATO-nun sülhməramlı əməliyyatlarında və beynəlxalq təhlükəsizlik proqramlarında  Azərbaycanın iştirakından söz açdı.

Birinci vitse-spiker ölkəmizin bölgədə ərazilərin bölünməzliyi prinsiplərinə sadiq olduğunu vurğuladı. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun təhlükəsizliyini ciddi təhdid altında saxladığını qeyd etdi. Bildirildi ki, BMT Təhlükəsizlik Şurasının, NATO-nun və digər qurumların qətnamələrinə məhəl qoymayan Ermənistan Azərbaycanın 20 faiz torpağını 25 ildən artıqdır işğal altında saxlayır. Bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır. NATO bu sahədə Azərbaycana dəstəyini artırmalıdır.  

Ceyms Appaturay təmsil etdiyi qurumla ölkəmizin təmaslarının intensiv hal almasından məmnunluğunu ifadə etdi. Qonaq NATO ilə tərəfdaş olan ölkələrin dövlət idarəçiliyində xalqın tribunası olan parlamentlərin rolundan söz açdı. O, NATO-nun sülhməramlı əməliyyatlarında Azərbaycanın iştirakından danışdı və Əfqanıstanda təhlükəsizliyin qorunmasına verdiyi dəstəyə görə ölkəmizə minnətdarlığını bildirdi. Qonaq Dağlıq Qarabağ münaqişəsinin yaratdığı fəsadlara, ermənilər tərəfindən törədilən faciəli hadisələrə görə Azərbaycan xalqının məyusluğundan xəbərdar olduğunu bildirdi. O, problemin tezliklə sülh yolu ilə, beynəlxalq normalar çərçivəsində həllinə ümid etdiyini vurğuladı.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında