“Taktiki səviyyəli hərbi mülki əlaqələr” mövzusunda kurs

Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ilə ikitərəfli əməkdaşlıq planına əsasən sentyabrın 25-də Türkiyə Silahlı Qüvvələrinin Sülh Naminə Birgə Təlim Mərkəzinin mobil təlim qrupu tərəfindən Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Taktiki səviyyəli hərbi mülki əlaqələr” mövzusunda təlim kursu başlanıb.

Müdafiə Nazirliyindən verilən məlumatda deyilir ki, kurs müddətində iştirakçılara “Sülhü dəstəkləmə hərəkatı”, “Hərbi mülki iş birliyinin təsviri və inkişafı”, “Hərbi mülki iş birliyinə kompleks yanaşma”, “Sülhü dəstəkləmə əməliyyatlarında mülki təşkilatlar”, “Münaqişələr zamanı mülki əhalinin qorunması” və digər mövzulara dair mühazirələr oxunacaq, eləcə də işçi qruplarda müzakirələr və fikir mübadilələri aparılacaq.

Silahlı Qüvvələrin müxtəlif qoşun növlərindən olan hərbi qulluqçuların iştirakı ilə keçirilən kurs sentyabrın 29-dək davam edəcək.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında