Azərbaycan ilə Monteneqro arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

Sentyabrın 26-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Monteneqro Ali Məhkəməsinin sədri xanım Vesna Medenitsanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinin tərkibinə, həmçinin Ali Məhkəmənin hakimləri xanım Svetlana Vuyanoviç və Branimir Femiç daxil ediliblər.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Monteneqro arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən Fikrət Məmmədov bu əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin müstəsna rolunu vurğulayıb. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan və məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsinə xidmət edən islahatlar, o cümlədən məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçimi barədə məlumat verib, məhkəmə və ədliyyə orqanları arasında əlaqələrin genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu bildirib.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən qonaq Azərbaycan Prezidenti tərəfindən qəbul edilməsindən şərəf duyduğunu, respublikamızın hərtərəfli tərəqqisinin şahidi olduğunu vurğulayıb, səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Xanım V.Medenitsa ölkəsinin məhkəmə sistemindən və aparılan islahatlardan danışıb, Azərbaycanın bu sahədəki nailiyyətlərinə, xüsusilə hakimlərin seçim prosesinə maraq göstərərək təqdir edib, qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi arzusunda olduğunu söyləyib, təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə əməkdaşlığın prioritetləri, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyi, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, hakimlərin tədrisi və digər maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında