Yazıçılar Prezident İlham Əliyevin BMT-dəki nitqini tarixi çıxış adlandırırlar

Azərbaycan yazıçıları Prezident İlham Əliyevin BMT sessiyasında dərin məzmunlu və məntiqli çıxışını tarixi çıxış adlandırırlar.

Azərbaycan Yazıçılar Birliyinin katibliyindən AZƏRTAC-a bildirilib ki, yazıçılar  Dağlıq Qarabağ münaqişəsinə dair danılmaz faktlara əsaslanan bu çıxışı xalqımızın, dövlətimizin ədalətli və haqlı mövqeyinin bütün dünyaya çatdırılması, Ermənistanın təcavüzkar siyasətinin ifşası baxımından müstəsna əhəmiyyətə malik hadisə kimi dəyərləndirirlər.

Dinc əhaliyə - qadınlara, uşaqlara qarşı qəddarlığı ilə öyünən Ermənistan prezidenti BMT-nin yüksək tribunasından müharibə canisi adlandırıldı. Bu doğurdan da böyük cəsarət tələb edirdi.

Prezidentimizin çıxışı sayəsində bütün dünya Azərbaycanın hər sahədə - siyasi, iqtisadi, mədəni, idman sahələrində uğurları ilə müqayisədə Ermənistanı miskin vəziyyətə salan Qarabağ klanının elə ermənilərin özlərinə necə ağır zərbə vurduğundan xəbərdar oldu.

Yüz minlərlə azərbaycanlı dədə-baba yurdundan didərgin salınıb, digər millətlərin nümayəndələri Ermənistandan qovulub. Bu mənfur siyasət Ermənistanı yeni nəsilləri qonşulara düşmən ruhunda yetişdirən monomillətli faşist məmləkətinə çevirib. Xocalıda, başqa bölgələrimizdə erməni terrorçularının törətdikləri vəhşiliklərə biganə münasibət ikili standartların ən bariz nümunəsidir. BMT-nin öz qərarlarının icrasına laqeyd münasibəti bu təşkilatın da nüfuzuna xələl gətirir.

Yazıçılar hesab edirlər ki, Azərbaycan Prezidenti bütün bu məsələləri dünya ictimaiyyətinə və BMT-də təmsil olunan dövlətlərin liderlərinə tutarlı dəlillər və arqumentlərlə çatdıra bildi. Bu çıxış ulu öndər Heydər Əliyev iradəsinin və qətiyyətinin çağdaş dövrümüzdə yeni təsdiqi oldu.

Azərbaycan yazıçıları bu tarixi çıxışına görə Prezident İlham Əliyevə təşəkkür edir və dövlətimizin siyasi kursunu tam dəstəklədiklərini bildirirlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında