Azərbaycanın Fövqəladə Hallar Nazirliyi NATO-nun müvafiq qurumları ilə əməkdaşlığı inkişaf etdirir

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov sentyabrın 26-da NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kəmaləddin Heydərov Azərbaycan ilə NATO arasında ikitərəfli əlaqələrin əhəmiyyətini qeyd edərək FHN-in NATO-nun müvafiq qurumları ilə mülki fövqəladə planlaşdırma və böhranların idarə olunması sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyindən danışıb.

Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən ətraflı danışan nazir FHN əməkdaşlarının mütəmadi olaraq həm NATO tərəfindən, həm də birgə təşkil olunmuş müxtəlif təlim, planlaşdırma görüşləri, plenar iclas və seminarlarda iştirakının əhəmiyyətini vurğulayıb.

Ceyms Appaturay mövcud münasibətlərin əhəmiyyətindən danışaraq qarşılıqlı səfərlərin və görüşlərin ikitərəfli əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib. Qonaq FHN əməkdaşlarının mütəmadi olaraq NATO-nun müvafiq qurumlarında bilik və təcrübələrin qazanması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında