İndoneziya Prezidentinin xüsusi elçisinin Azərbaycana səfəri davam edir

İndoneziya Respublikası Prezidentinin Yaxın Şərq və İslam Əməkdaşlıq Təşkilatı ölkələri üzrə xüsusi elçisi Alvi Şihabın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycan brendi “ASAN xidmət” təcrübəsini öyrənmək və bu təcrübəni İndoneziyada tətbiq etmək məqsədilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdir.

Səfər çərçivəsində Alvi Şihabın rəhbərlik etdiyi nümayəndə heyəti Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov ilə görüşüb. Görüşdə son dövrlər iki ölkə arasında təmasların intensivləşməsinin ikitərəfli əməkdaşlığa töhfə verəcəyinə əminlik ifadə edilib. Bildirilib ki, bu əlaqələr İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də uğurla davam etdirilir. Eyni zamanda, iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sentyabrın 26-da İndoneziyanın nümayəndə heyəti Masallı “ASAN həyat” kompleksi ilə tanış olub. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev qonaqlara kompleks ərazisində yerləşən “ASAN xidmət”, “ABAD mərkəz”, “ASAN intellektual” inkişaf mərkəzi, Heydər Əliyev İncəsənət Məktəbi və digər ictimai iaşə obyektləri barədə məlumat verib. Bildirib ki, yaradılan şərait vətəndaşların rahatlığına və onların həyat standartlarının yaxşılaşdırılmasına xidmət edir.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan nümayəndə heyəti “ASAN xidmət”ə gələcək fəaliyyətində yeni uğurlar arzulayıb.

Qeyd edək ki, sentyabrın 25-də qonaqlar 3 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzləri, səyyar “ASAN xidmət”, həmçinin “ASAN radio”nun fəaliyyəti ilə tanış olublar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında