“Xalq qəzeti”nin əməkdaşı beynəlxalq simpoziumda məruzə edib

 Türkiyənin Nevşəhər vilayət mərkəzindəki Hacı Bektaş Vəli Universitetində keçirilmiş Birinci Beynəlxalq İpəkyolu Akademik Araşdırmalar Simpoziumunda “Xalq qəzeti”nin əməkdaşı, Bakı Dövlət Universitetinin doktorantı, Əməkdar jurnalist Namiq Əhmədov da iştirak etmişdir. Bakıdan getmiş tədqiqatçının “Azərbaycan mətbuatı: 15 iyul FETÖ hadisələrindən bir gün sonra” mövzusunda məruzəsini iştirakçılar böyük maraqla qarşılamışlar.

Təşkilat Komitəsi İpək yolu üzərində önəmli ölkələr olan Türkiyə ilə Azərbaycan arasındakı strateji münasibətlərə, tarixi dostluq və qardaşlığın bir daha sınaqdan çıxmasına həsr olunmuş mövzunun aktuallığını vurğulamış, soydaşımızın araşdırmasını Şərqdən Qərbə uzanan beynəlxalq yolun təhlükəsizliyinin təmin edilməsinə medianın göstərdiyi həssaslıq və informasiya dəstəyi baxımından faydalı saymışdır.

Məruzədə qeyd edilmişdir ki, 15 iyul 2016-cı il tarixində Türk Silahlı Qüvvələri sıralarına yol tapmış Fətullahçı Terror Təşkilatının (FETÖ) gerçəkləşdirməyə çalışdığı hərbi çevriliş cəhdini türk millətinin demokratiyaya sədaqəti, konstitusiya quruluşunu qorumaq uğrunda göstərdiyi böyük dəyanət məğlub etmiş və bu mübarizədə media yönləndirici rol oynamışdır. Araşdırmada daha sonra göstərilmişdir ki, böhranlı iyul gecəsində baş verənlərin  Azərbaycan mətbuatında, xüsusilə ölkənin gündəlik ictimai-siyasi nəşri olan “Xalq qəzeti”ndə operativ və geniş işıqlandırılması, obyektiv dəyərləndirilməsi araşdırmada mərkəzi yer tutmuşdur. Məruzədə FETÖ hadisələrindən sonrakı gün Azərbaycan mətbuatının qardaş Türkiyədə baş verənlərə və çevriliş cəhdinin anatomiyasına əhatəli yer ayırmasının hansı obyektiv amillərlə şərtləndiyinə də aydınlıq gətirilmişdir.

 Dünyanın 14 ölkəsindən gəlmış 400-dək elm və siyasət adamının, media təmsilçilərinin  iştirak etdiyi konfrans üç gün davam etmişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında