Uçan taksi sınaqdan keçirilib

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünyada ilk dəfə pilotsuz uçan taksinin sınaq uçuşu həyata keçirilib. Bu barədə xəbəri “reuters.com” saytı verib.

Məlumatda bildirilir ki, Almaniyanın “Volocopter” şirkəti tərəfindən hazırlanan uçan taksi ikinəfərlik helikopterə bənzəyir və havada maksimum yarım saat qala bilir. Bu taksilərin GPS izlərinə görə hərəkət edəcəyi nəzərdə tutulub. Bu da onların maneələrdən qaçmasına və digər uçan taksilər ilə toqquşmamasına zəmanət verəcək. Şirkət həmçinin uçuş qüsurları zamanı yaranmış vəziyyətdən çıxmaq üçün ehtiyat batareyaları, rotorlar , paraşüt və “voloportlar” hazırlayır.

Qeyd edək ki, sınaq uçuşu mərasimində Dubay şahzadəsi Şeyx Həmdan bin Məhəmmədin də iştirak etmişdir. O, uçan taksidə 200 metr yüksəlikdə beş dəqiqəlik test sürüşü etmişdir.

Şirkət uçan taksilərin növbəti beş il ərzində istifadəyə verilməsini planlaşdırır.

Əfsanə MƏHƏMMƏDLİ,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında