“Azərbaycanın neft strategiyası və onun müasir dövrdə nəticələri” mövzusunda seminar

Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Tətbiqi Tədqiqatlar Fondu və Azərbaycan Turizm və Menecment Universitetinin birgə layihəsi çərçivəsində seminar keçirilib. “Azərbaycanın neft strategiyası və onun müasir dövrdə nəticələri” mövzusunda təşkil edilən seminar  “Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində regionda və dünya miqyasında təbliğat işlərinin aparılması üçün materialların hazırlanması və KİV-də yerləşdirilməsi” layihəsi əsasında hazırlanıb.

Tədbiri giriş sözü ilə açan ATMU-nun rektoru İlham Mədətov  mövzunun əhəmiyyətini şərh edib. Rektor diqqətə çatdırıb ki, Azəbaycan xalqınıın təkidli çağırışı ilə 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ölkəmizin siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoyub. Azərbaycan Prezidenti
İlham Əliyevin dediyi kimi "Əsrin müqaviləsi" Azərbaycanın bir dövlət kimi tanınmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaradıb. Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak edən dövlətlərlə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl qurulmuş, bu amil ölkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsi ilə bərabər, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsinə səbəb olub.

Dövlətin artan maliyyə imkanları hesabına ölkədə mühüm investisiya, o cümlədən regional proqramların və infrastruktur layihələrinin maliyyələşdirilməsinə şərait yaranıb. Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün bölgələrində və Bakı şəhərində müxtəlif infrastruktur layihələri həyata keçirilir, təhsil, sosial və digər obyektlərin inşası uğurla davam etdirilir. Rektor bu gün ATMU-da “Azərbaycanın neft strategiyası və onun müasir dövrdə nəticələri“ mövsusunda seminarın təşkilinin təqdirəlayiq tədbirlərdən biri olduğunu qeyd edib.

Seminarda iqtisadçı ekspert Vüqar Bayramov “Əsrin müqaviləsi və onun Azərbaycan Respublikasının müasir həyatında əhəmiyyəti”, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Azərbaycanın Avropa və digər dünya ölkələrinin enerji təhlükəsizliyində rolu və onun dünya mətbuatında işıqlanması”, ATMU-nun ictimai fənlər kafedrasının müdiri, Tətbiqi Tədqiqatlar Fondunun sədri İbrahim Əliyev “Neft amili və və onun Azərbaycanın dünyada maraqlarının təsdiqinə təsiri” mövzusunda məruzə ilə çıxış ediblər.

Məruzələrdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və həyata keçirdiyi neft strategiyasının Azərbaycanın həyatında oynadığı əvəzolunmaz rolundan, onun ölkənin ictimai həyatının müxtəlif sahələrinə göstərdiyi əsaslı təsirindən danışılmış və müxtəlif aspektləri təhlil edilmişdir. Xüsusi olaraq qeyd olunmuşdur ki, müstəqillik dövründə ardıcıl, məqsədyönlü şəkildə həyata keçirilən neft strategiyası müasir Azərbaycan dövlətinin hazırkı durumunun təmin edilməsində mühüm rol oynamışdır. Bu gün Azərbaycan düzgün iqtisadi inkişaf kursu sayəsində təkcə özünün problemlərini həll etmir, həm də region ölkələrinin dəstəklənməsinə böyük töhfələr verir. Azərbaycan Avropanın və dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində öz möhkəm yerini tutur. Azərbaycan Respublikası regionun lider dövlətlərindən birinə çevrilməklə həm regionda, həm də dünya miqyasında nüfuzlu dövlət kimi tanınmaqdadır.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında