Ömər Çelik: Ksenofobiya dalğası Avropanın gələcəyini təhlükə altına qoyur

Türkiyənin Avropa İttifaqı (Aİ) işləri üzrə naziri Ömər Çelik Almaniyada son bazar günü keçirilən parlament seçkilərinin nəticələrindən narahatlığını bildirib. Qeyd edib ki, ksenofobiya dalğası, heç bir əsası olmadan qaçqınlara və İslam dininə qarşı nifrət hissinin güclənməsi Avropanın gələcəyini təhlükə altına qoyur.

Qeyd edək ki, türkiyəli nazir bu fikirləri öz “Twitter” səhifəsində yazıb. “Anadolu” agentliyi həmin statusa istinadən qeyd edir ki, Almaniyada “sağlar” (Angela Merkelin bloku) və “sollar”ın (lideri Martin Şulsdur) son seçkilərdə birlikdə 15 faiz səs itirməsi İkinci dünya müharibəsindən ötən dövr ərzində demokratik elektoratın ən böyük itkisi sayılmalıdır.

Ömər Çelik sonra yazıb: “Seçkilərdə “millətçi Almaniya üçün alternativ” partiyası üçüncü nəticə əldə edib və ilk dəfə olaraq Bundestaqda təmsil olunmaq şansı qazanıb. Nəzərə alsaq ki, bu partiyanın tərəfdarları əsasən orta və yüksək gəlirlərə malik olan vətəndaşlardır, bu fakt, özü-özlüyündə narahatlıq doğurmaya bilməz”.

Ö.Çelikin fikrincə, Almaniya iqtidarının son illər ərzində qatı millətçilərin qanunazidd hərəkətlərinin qarşısını almaması ölkədə şovinizmin və onun ideologiyasının daha da güclənməsinə səbəb olur. Almaniya siyasətçiləri Türkiyəyə minnətdar olmalıdırlar ki, məhz
Ankara ilə razılaşma Almaniyaya miqrant
axınının qarşısıını xeyli alıb.

Qeyd edək ki, son vaxtlar Aİ ilə Ankara arasında münasibətlərin “soyuqlaşması”na baxmayaraq, Türkiyənin rolunu düzgün dərk edən avropalı siyasətçilər də az deyil. Məsələn, Aİ-nin Ankara Nümayəndəliyinin rəhbəri Fransua Beqo hesab edir ki, Türkiyədə sabitliyin və inkişafın təmin edilməsi bölgə və bütün qitə üçün xüsusi önəm kəsb edir. O, Aİ-nin təşəbbüsü ilə Türkiyədə təhsilin keyfiyyətinin yaxşılaşdırılması üzrə həyata keçirilən layihənin bağlanış mərasimində çıxış edib. F.Beqonun sözlərinə görə, Aİ üçün təhsil məsələləri prioritet təşkil edir. İnsan resurslarının inkişafı Türkiyə üçün də vacib məsələdir. Buna görə də Aİ rəhbərliyi Ankaranın insanların dinc və daha yaxşı yaşamaları naminə səylərini tam dəstəkləyir.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında