Ukrayna BMT missiyasının Rusiya ilə sərhəddə yerləşdirilməsini istəyir

Ukrayna BMT-nin mühafizə missiyasının Donbasda münaqişə tərəfləri arasındakı təmas xəttində yerləşdirilməsi variantı ilə razı deyil. Bu barədə Ukrayna Prezidenti Pyotr Poroşenko CBC telekanalına müsahibəsində bəyan edib. Məlumatı TASS verib.

“Əlbəttə, Rusiyanın BMT missiyasının Donbasdakı təmas xəttində yerləşdirilməsi barədə təklifi tamamilə qəbuledilməzdir”, - deyə Poroşenko qeyd edib. O, eyni zamanda, Rusiya nümayəndələrinin BMT missiyasının tərkibində iştirakına növbəti dəfə etirazını bildirib. “Rusiyanın sülhməramlı missiyanın bir hissəsi olması tamamilə qəbuledilməzdir”.

Poroşenkonun fikrincə, Moskva sülhməramlılardan ATƏT-in Xüsusi Monitorinq Missiyasının əməkdaşları üçün bir növ cangüdən qismində istifadə etməyə çalışır ki, bu da BMT nizamnaməsinə qəti uyğun deyil”.

Xatırladaq ki, bu il sentyabrın 5-də Rusiya Prezidenti Vladimir Putin belə bir təkliflə çıxış edib ki, BMT missiyası ATƏT-in monitorinq missiyasının təhlükəsizliyini təmin etmək üçün Donbasda qoşunların təmas xəttində yerləşdirilsin. O qeyd edib ki, missiyanın yerləşdirilməsi tanınmamış Luqansk və Donetsk “xalq respublikaları”nın razılığı ilə və Minsk sazişlərində nəzərdə tutulduğu kimi, münaqişə tərəflərinin ağır silahları geri çəkməsindən sonra baş verə bilər. Daha sonra Putin dəqiqləşdirib ki, missiya təmas xəttindən başqa yerdə də yerləşdirilə bilər. Rəsmi Kiyev isə BMT qüvvələrinin əvvəlcə Ukrayna-Rusiya sərhədində yerləşdirilməsində israr edir.

Ukraynanın xarici işlər naziri Pavel Klimkin də Donbasda BMT-nin texniki missiyasının yerləşdirilməsi məsələsinə toxunub. Onun sözlərinə görə, ölkəsi ilkin mərhələdə Donbasa texniki missiyanın yerləşdirilməsi ilə bağlı BMT qətnaməsini razılaşdırmalıdır. Bu missiya tammandatlı olmayacaq, yalnız regiona hansı qüvvə və vasitələrin göndərilməli olduğunu müəyyənləşdirəcək.

Klimkin deyib ki, Kiyev hələ özünün qətnamə layihəsini irəli sürməyə tələsmir və ümid edir ki, BMT Təhlükəsizlik Şurasının qalan üzvlərinin də dəstəyini alacaq və Rusiya variantının müzakirəsindən qaçmaq mümkün olacaq. “Əvvəlcə “Böyük yeddilik”, Avropa İttifaqı və bütün tərəflərlə ümumi mövqe əldə olunmalıdır. Çin də vacibdir, mən bu ölkənin xarici işlər nazirinə bir saat ərzində bütün nüansları izah etməyə çalışmışam. Yalnız bundan sonra bizim qətnamə ortaya çıxacaq, ancaq bu, birgə qətnamə olacaq”.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında