Baş Prokurorluğun nümayəndə heyəti Rusiya istintaq orqanlarının 300 illiyinə həsr olunan tədbirlərdə iştirak edib

Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin dəvəti ilə Komitənin yaranmasının 10 illiyinə və Rusiya istintaq orqanlarının 300 illiyinə həsr olunan tədbirlərdə iştirak edib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Rusiya Ordusunun Akademik teatrında keçirilən təntənəli mərasimdə Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına videomüraciəti nümayiş etdirilib.

Mərasimdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Zakir Qaralov Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin rəhbərlikləri ilə dost ölkələrimizdə bütün sahələrdə əsaslı islahatların həyata keçirildiyini vurğulayıb, ikitərəfli, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə genişlənməsini məmnunluqla qeyd edib.

Azərbaycan Prokurorluğunun Rusiya Federasiyasının İstintaq Komitəsi ilə sıx əməkdaşlıq etdiyini bildirən baş prokuror tərəflər arasında 2010-cu və 2015-ci illərdə müvafiq olaraq, Əməkdaşlıq Proqramının və “Əməkdaşlıq haqqında Saziş”in imzalandığını diqqətə çatdırıb. Hər iki razılaşmanın ölkələrimizin hüquq - mühafizə orqanları üçün mühüm əhəmiyyət kəsb etdiyi, qarşılıqlı səmərəli münasibətlərin və hüquqi əməkdaşlığın inkişafına töhfə verdiyi bildirilib.

Mərasimdə Rusiyanın Azərbaycan ilə bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayan Aleksandr Bastrıkin İstintaq Komitəsinin ölkəmizin hüquq - mühafizə orqanları ilə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb. O, münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında ikitərəfli əlaqələrimizin strateji xarakter daşıdığını, iqtisadi, humanitar və digər sahələrdə birgə layihələrin uğurla icra edildiyini, ölkələrimiz arasında əməkdaşlığın həm də regional səviyyədə intensiv genişləndiyini vurğulayıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Belarus və Qazaxıstan nümayəndə heyətləri ilə keçirdiyi işgüzar görüşlərdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında