Suriyada Rusiya ordusunun generalı həlak olub

Rusiya Silahlı Qüvvələrinin generalı Suriyada həlak olub. Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, ön komanda məntəqəsində olan general-leytenant Valeri Asapov  minaatanlardan açılan atəş nəticəsində ağır yaralanıb, həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. General Asapov Suriya döyüşlərində həlak olmuş ən yüksək rütbəli rus hərb  xadimidir.

Deyr əz-Zor şəhərinin İŞİD-dən azad olunması əməliyyatında iştirak edən rusiyalı general hərbi müşavirlər qrupuna rəhbərlik edib. Suriyaya ezamiyyətdən əvvəl Asapov Şərq hərbi dairəsində 5-ci ümumqoşun ordusunun komandanı olub. Deyr əz-Zor şəhərinin böyük hissəsinin İŞİD terrorçularından azad edilməsində onun böyük xidməti vardır.

V.Asapov komandanlıq tərəfindən ali dövlət mükafatına – “İgidliyə görə” ordeninə təqdim olunub.a


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında