İtaliya səfiri Mixail Qusmana İtaliya qarşısında xidmətlərinə görə ordeni təqdim edib

İtaliyanın Moskvadakı səfiri Çezare Mariya Raqalyini TASS  baş direktorunun birinci müavini Mixail Qusmana İtaliya Respublikası qarşısında xidmətlərinə görə birinci dərəcəli “Kavaler” ordenini təqdim edib.

AZƏRTAC xəbər verir ki, bu barədə TASS Agentliyi məlumat yayıb.

“Mixail Qusman müstəsna dərəcədə peşəkar, öz vətənində və xaricdə ən tanınmış fiqurdur. O, həmçinin çoxsaylı dünya rekordlarının sahibidir, çünki dövlət başçılarından onun qədər çox müsahibə alan olmayıb, - deyə səfir bildirib. - Bu andan etibarən M.Qusmanın nailiyyətlərinə “Respublikanın Kavaleri” adı əlavə edilir”.

Diplomat xatırladıb ki, M.Qusman İtaliyanın sabiq Baş naziri Matteo Rentsi və hazırkı Prezident Serco Mattarelludan iki dəfə müsahibə alıb. “Bu cür müsahibələrlə TASS baş direktorunun birinci müavini çox mühüm işə - rusiyalıları İtaliya və bizim siyasi liderlərimizlə tanış etmək işinə öz töhfəsini verib”, – deyə səfir qeyd edib. Raqalyini belə dəyərli əməkdaşlığa görə M.Qusmana təşəkkür edib və bu əməkdaşlığın daha məhsuldar olacağına ümidvar olduğunu bildirib.

Mixail Qusman İtaliya hökumətinə və səfirinə təşəkkür edərək deyib: “Bu cür yüksək qiymətə görə mən təşəkkürümü İtaliya hökumətinə ünvanlamaq istərdim. Çox sağ olun, cənab səfir. Bilirəm ki, mənim bu cür yüksək mükafatla təltif olunmağım üçün Prezidentə müraciət etmək Sizin təşəbbüsünüz olub. Onu doğrultmaq üçün bundan sonra da əlimdən gələni edəcəyəm”.

O, həmçinin vurğulayıb ki, Rusiya və İtaliya xalqlarını bir çox cəhətlər, o cümlədən mədəniyyət və tarix birləşdirir. M.Qusman qeyd edib ki, onun işlədiyi TASS Agentliyi artıq neçə onilliklərdir İtaliya barədə rusiyalılara operativ, düzgün və ədalətli məlumat çatdırmağa çalışır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında