İran XİN: Kürdüstan Muxtariyyəti ilə hava əlaqəsini İraqın istəyi ilə kəsdik

“İraqın istəyi əsasında Kürdüstan Muxtariyyəti ilə hava sərhədini bağladıq”.APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyini sözçüsü Bəhram Qasimi deyib.

B.Qasimi bildirib ki, Tehran İraqın ərazi bütövlüyünün təmin olunmasının tərəfdarıdır: “Bizim mövqeyimiz tamamilə şəffafdır. İraq dövlətinin ərazi bütövlüyünün və təhlükəsizliyinin əleyhinə olan hər bir addım səhv və düşünülməmiş addımdır. Bu, bəzi hadisələrə və dəyişikliklərə səbəb ola bilər ki, bu da region xalqları və həmişə xeyirlərini istədiyimiz, hər sahədə yardım etdiyimiz kürd xalqına təsir göstərə bilər”.

B.Qasimi İraq Kürdüstanı sərhədlərinin İran tərəfindən bombalanması xəbərinə də münasibət bildirib və deyib ki, Qərb mediası tərəfindən yayılan bu xəbərlər yanlışdır: “Bu, İraq Kürdüstanında  referendum öncəsi təbliğat məqsədilə yayımlanmış xəbər idi”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında