“Brent” markalı neftin qiyməti 57 dolları keçib

Dünya bazarında neftin qiyməti artmaqda davam edir. Londonun “İCE” birjasının məlumatına görə, “Brent” markalı neftin bir barreli 57,37 dollardır. Bu il ərzində ilk dəfədir ki, “Brent” markalı neftin qiyməti 57 dolları keçib. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin bir barreli 50,54 dollar olub. Azərbaycanın “AzeriLight” markalı neftinin bir barreli 59,40 dollar olub.

Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, OPEC-ə üzv və üzv olmayan dövlətlər hasilatı azaltdıqlarına görə dünya bazarında neftin qiyməti artıb. OPEC-ə üzv və üzv olmayan ölkələr bu fikirdədirlər ki, hasilatı azaltmaq barədə razılaşmanı uzatsınlar.

Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında