Dövlət Gömrük Komitəsində şəxsi heyətlə işin təşkilinin gücləndirilməsi məsələləri müzakirə olunub

Dövlət Gömrük Komitəsində (DGK) şəxsi heyətlə işin təşkilinin gücləndirilməsi məsələləri müzakirə olunub.

DGK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 23-də DGK-da komitənin aparatı və komitənin sisteminə daxil olan qurumlarda şəxsi heyətlə işin təşkilinin gücləndirilməsi məsələlərinə həsr olunmuş iclas keçirilib.

İclasda DGK-nın sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev iclası keçirməkdə məqsədin şəxsi heyətlə işin təşkilinin gücləndirilməsi, bu sahədə mövcud problemlərin və qarşıda duran vəzifələrin müzakirə etmək olduğunu bildirib.

Komitə sədri ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan gömrüyünün 5 illiyi münasibətilə keçirilmiş mərasimdəki çıxışını xatırladaraq qeyd edib ki, ulu öndər həmin tarixi nitqində gömrük orqanlarının fəaliyyətini dəqiqliklə təhlil etmiş, qarşıda duran vəzifələrin yerinə yetirilməsinin tələbkarlıq və nizam-intizam, peşəkarlıq mühitinin formalaşdırılması, kadrlarla işin yenidən qurulması, hər bir gömrük işçisinin öz dövlətinə sadiqlik prinsipinin əsas meyara çevrilməsi sayəsində mümkünlüyünü göstərmişdi. Aydın Əliyev vurğulayıb ki, ümummilli liderin gömrük orqanları üçün verdiyi tövsiyələr bu gün də aktualdır və gündəlik işdə rəhbər tutulmaqdadır. Azərbaycan gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işi hər zaman dövlət başçısının diqqət mərkəzindədir. Gömrük orqanlarının fəaliyyəti ölkə rəhbərliyi tərəfindən qiymətləndirilir və gömrükçülər daim qayğı ilə əhatə olunurlar.

Sonra DGK Daxili Təhlükəsizlik İdarəsinin rəisi Fuad Qasımov rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı hesabat məruzə ilə çıxış edib. Bildirilib ki, idarənin iş planına əsasən, gömrük orqanları və digər qurumlarının fəaliyyətində müvafiq qanunvericiliyin, gömrük işini tənzimləyən normativ-hüquqi aktların tələblərinə əməl edilməsi, xidməti intizama riayət olunması üzərində nəzarətin təmin edilməsi sahəsində konkret tədbirlər həyata keçirilib, gömrük orqanları və digər qurumlarının, o cümlədən şəxsi heyətin təhlükəsizliyinin təmin olunması, bu sahədə idarənin funksiyalarının daha səmərəli təşkili istiqamətində müvafiq tədbirlər görülüb. 2017-ci ilin ötən dövrü ərzində idarəyə daxil olan materiallara dair xidməti araşdırmalar aparılıb, vətəndaşların qəbulu zamanı qaldırılan məsələlər operativ şəkildə araşdırılıb və bu barədə vətəndaşlara müvafiq cavab verilib. Daxil olmuş müraciətlər üzrə və yoxlamaların nəticələri əsasında aparılan araşdırmalar nəticəsində aşkar edilən xidməti pozuntulara yol verdiklərinə görə idarə tərəfindən 107 gömrük orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov keçirilən iclasın əhəmiyyətinə toxunaraq bildirib ki, bu cür görüşlərin təşkili şəxsi heyətdə xidməti və icra intizamını daha da gücləndirəcək. Ş.Bağırov gömrük nəzarətinin təşkili, gömrük hüquqpozmalarına qarşı mübarizə istiqamətində gömrük əməkdaşlarının fəaliyyətinin effektivliyinin daha da artırılmasının vacibliyini diqqətə çatdırıb.

Sonda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev şəxsi heyətlə işin yüksək səviyyədə qurulması, qarşıya çıxan problemlərin həlli istiqamətində konkret tapşırıq və tövsiyələrini verib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında