Binəli Yıldırım: Referendum qərarı verənlər bunun əvəzini ödəyəcək

“Bu referendum qərarı yanlış qərardır, macəradır. Qonşu ölkə olaraq dostyana lazımi xəbərdarlıqları etdik. Ancaq görürük ki, bu xəbərdarlıqlara məhəl qoyulmur. Bütün dünyanın qarşı olduğu və qonşulardan heç birinin istəmədiyi bir yanlışlığı israrla davam etdirməyin sonu xeyirli olmaz. Bunun əlbəttə ki, əvəzini ödəyəcəklər, amma məsumlar deyil, qərarı verənlər ödəyəcək”. 

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. O bildirib ki, Türkiyə ərazi bütövlüyünə, vətəndaşlarının təhlükəsizliyinə təhdid yaradan hər hansı macəraya imkan verməyəcək: “Bu məsələ kürd qardaşlarımızın məsələsi deyil. Kürd qardaşlarımızın həm bizim ölkəmizdə, həm də qonşu ölkələrdə sülh, sabitlik içərisində yaşamalarını arzu edirik”.

Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalındakı kürd muxtariyyətində müstəqillik referendumu keçiriləcək. Türkiyə bu referendumun dayandırılmasını tələb edərək, əks təqdirdə buna qarşı lazımi addımlar atacağını bəyan edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında