Lavrov: İran üzrə razılaşma BMT Təhlükəsizlik Şurasında təsdiqlənib, onu dəyişmək olmaz

İranın nüvə proqramına dair razılaşmanı BMT Təhlükəsizlik Şurası təsdiqləyib, onu dəyişmək olmaz”.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Yalnız Rusiya yox, danışıqlarda iştirak etmiş bütün Avropa ölkələri, BMT-yə üzv əksər dövlətlər proqramı pozmamağa çağırıb. Bu proqram tamamlanmış şəkildədir və BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənib. Ona yenidən baxmaq bütün nailiyyətlərə xətt çəkmək deməkdir”,- deyə S.Lavrov bildirib.

Nazirin sözlərinə görə, ABŞ-ın İrana qarşı hər hansı iradları uyğunlaşdırılmış formatlar vasitəsilə  həll edilməlidir.

ABŞ Prezidenti Donald Tramp  BMT Baş Assambleyasındakı çıxışı zamanı İranın nüvə proqramına dair razılaşmanı kəskin tənqid edib. Qeyd edək ki, İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı problemin nizamlanması barədə tarixi saziş 2015-ci ilin iyulun 14-də imzalanıb. BMT TŞ, ABŞ və Aİ-nin İran üzərindən sanksiyaların götürülməsini nəzərdə tutan birgə hərtərəfli tədbirlər planı 2016-cı ilin yanvarın 16-da qüvvəyə minib.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında