Yeni texnologiyalar şəhəri

“Google” şirkətinə aid “Sidewalk”  laboratoriyası yüksək texnoloji  yenilikləri olan yeni  şəhər salmağı planlaşdırır. Bu barədə xəbəri “earth-chronicles.com” saytı verib.

“Sidewalk”  laboratoriyasının rəhbəri Daniel Doctoroffun sözlərinə görə, şirkətin məqsədi şəhərin infrastrukturunu dəyişdirmək deyil, bütün mövcud imkanlar nəzərə alınmaqla sıfırdan yeni şəhər yaratmaqdır. O  bildirib: “Biz həqiqətən də böyük bir şəhər tikmək istəyirik. Bu şəhər innovasiyalı laboratoriyaya çevrilmək üçün  daha böyük ölçüdə olacaq” .

Şirkət təmsilçiləri eksperimental qəsəbədə şəhərsalma sahəsində bütün yüksək texnoloji innovasiyalardan istifadə etməyi planlaşdırır. Yeni texnologiyalar nəqliyyat infrastrukturu ilə yanaşı, sosial sahəyə, eləcə də idarəetmə sisteminə aid olacaqdır. Onların fikrincə, bu şəhər əhalinin həyat səviyyəsini yüksəldəcək və ekoloji vəziyyəti yaxşılaşdıracaqdır.

 Əfsanə MƏHƏMMƏDLİ,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında