Şimali Koreya lideri: ABŞ Prezidenti ifadələrinə görə bədəl ödəyəcək

Şimali Koreya lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampın  ünvanına sərt ifadələr işlədib. O, ABŞ liderini  ölkəsini məhv etməklə hədələdiyinə görə bədəl ödəyəcəyini bildirib. Bu sözlər Trampın Pxenyana qarşı sanksiyalarla bağlı sərəncamından bir neçə saat sonra səsləndirilib. Məlumatı “Amerikanın səsi”  verib.

Şimali Koreya sərt beynəlxalq təzyiqlərə baxmayaraq, öz nüvə və raket proqramını həyata keçirməkdə davam edir.  Gərginliyin olduğu vaxtda  Trampla Kimin bir-birinə qarşı işlətdikləri hədələyici ifadələr vəziyyəti daha da pisləşdirib.

Donald Tramp  BMT  Baş Assambleyasının 72-ci sessiyasında   çıxışında  bildirib ki, 26 milyon əhalisi olan Şimali Koreya ABŞ-a və müttəfiqlərinə qarşı təhlükə törətdiyi halda o, ölkəni “tam məhv edəcək.” Tramp, daha sonra Kimi “raket adam” adlandıraraq, onun "özünün və rejiminin intihar missiyasını həyata keçirdiyini" qeyd edib.

Kim isə KXDR-nın  ABŞ-a qarşı “tarixi boyu həyata keçirilən ən sərt əks-tədbirləri” haqqında düşünəcəyini və Trampın şərhlərinin ölkənin nüvə proqramını həyata keçirməkdə doğru qərar verdiyinə sübut olduğunu bildirib.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında