Pyotr Poroşenko: Ukrayna kanadalı sülhməramlıların Donbasda yerləşdirilməsində maraqlıdır

Ukrayna Prezidenti Pyotr Poroşenko bildirib ki, Donbasda BMT-nin sülhməramlı missiyasının yerləşdirilməsi regionda münaqişənin həlli üçün ən qısa yoldur. Belə bir bəyanatla Ukrayna lideri Kanadanın Baş naziri Castin Trüdo ilə görüşdən sonra keçirdiyi brifinqdə çıxış edib. Məlumatı TASS verib.

Poroşenko qeyd edib ki, Donbasa “mavi dəbilqə”lilərin göndərilməsi təkcə Ukraynanın təşəbbüsü olmamalıdır. “Bu, Ukrayna ilə həmrəy olan bütün dövlətlərin mövqeyi olmalıdır”. O, Ukraynanın Donbas regionunda yerləşdiriləcək BMT missiyasına Kanadanın da cəlb edilməsində çox maraqlı olduğunu deyib. “Biz Kanadanın sülhyaratma əməliyyatları keçirmək sahəsindəki təcrübəsində çox maraqlıyıq. Mən inanıram ki, Donbasda belə bir missiyasının yaradılması münaqişənin sülh yolu ilə nizamlanmasında real dönüş olacaq”.

Ukrayna Prezidenti belə bir fikir də söyləyib ki, ölkəsində BMT-nin sülhməramlı missiyasının yerləşdirilməsi barədə qərar qəbil edilərsə, bu qüvvələr yalnız Rusiya-Ukrayna sərhədində dislokasiya olunmalıdır. “Bu, mənim ölkəmdə sülhün bərqərar olması üçün ən yaxşı yoldur”. Onun sözlərinə görə, bu imkanları Kanadanın baş naziri ilə görüşdə müzakirə edib.

Kanada hökumətinin başçısı Trüdo da, öz növbəsində, bəyan edib ki, hazırda rəsmi Ottava BMT missiyalarından birində iştirak məsələsi üzərində işləyir. “Biz indi harada daha yaxşı kömək edə biləcəyimiz məsələsinə baxırıq”. O, əlavə edib ki, kanadalı sülhməramlıların haradasa yerləşdirilməsi məsələsi bir neçə həftə ərzində həllini tapacaq. Qeyd edək ki, 2016-cı ilin yayından Kanada BMT-nin Afrikadakı missiyalarından birində iştirak etməyə hazırlaşır, ancaq hələ məsələ tam aydınlaşmayıb.

Ukrayna Prezidenti ilə görüşdən sonra Trüdo deyib ki, Kanada hökuməti, eyni zamanda, Ukraynaya öldürücü (letal) silahlar vermək məsələsi üzərində də işləyir. “Biz Ukraynanın Kanadadan silah alan ölkələr siyahısına salınması məsələsinə baxırıq. Ancaq bunun üçün müəyyən şərtlərə əməl olunmalıdır”. Onun sözlərinə görə, “Kanada Ukraynanın öz suverenliyini qorumasına kömək göstərməkdə davam edəcək”. Hazırda Kanada Ukraynadakı ATƏT missiyasının tərkibində xidmət edən əməkdaşlarının sayını artırıb və Ukrayna polisində islahatlara kömək edir.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında