İraqın şimalında referendumun keçirilməsi Türkiyənin maraqları üçün təhlükədir

Dünən Türkiyənin Baş naziri Binəli Yıldırım Məsud Bərzaninin İraqın şimalında müstəqilliklə bağlı referendum keçirmək planını şərh edib. Deyib ki, Ankara bu addımı Türkiyənin milli maraqlarına ciddi təhdid hesab edir. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd edək ki, İraq Kürdüstanının başçısı bu il sentyabrın 25-də referendum keçirmək barədə qərar qəbul edib. Türkiyə rəsmiləri dəfələrlə Məsud Bərzanini bu təşəbbüsdən imtina etməyə çağırıblar.

Türkiyənin Baş naziri bu məsələ ilə bağlı deyib: “Açıq şəkildə bəyan edrəm ki, referendumun keçirilməsi barədə qərar Türkiyənin milli maraqlarını təhlükə altında qoyur. Ankara milli təhlükəsizliyini təmin etmək üçün  beynəlxalq hüquq normaları və ikitərəfli müqavilələrin ona verdiyi hüquqdan istifadə etməkdə tərəddüd etməyəcək”.

Türkiyə hökumətinin başçısı İraq Kürdüstanının rəhbərliyinə, ilk növbədə, Məsud Bərzaniyə müraciətlə deyib: “Hələ ki, vaxt var, inadkarlıq göstərməyin, öz niyyətlərinizdən əl çəkin. Sizin keçirmək istədiyiniz referendum beynəlxalq hüquq normalarının pozulması deməkdir, bütün dünya buna etiraz edir. Bu qərar nə bizim kürd qardaşlarımıza, nə də bütövlükdə, regiona fayda gətirəcək”.

Yeri gəlmişkən, dünən Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının fövqəladə  iclası keçirilib. Tədbirdə sözügedən referendumla bağlı bəyanat qəbul edilib.

Sənəddə deyilir ki, Türkiyə Milli Təhlükəsizlik Şurası İraq Kürd Regonal Administrasisının rəhbərliyini referendum keçirmək qərarına yenidən baxmağa çağırır. Türkiyə bu halda məsələnin Konstitusiiya çərçivəsində dialoq yolu ilə həllinə öz töhfəsini verməyə hazırdır. Yoxsa ərazidə və yaxın regionda yaşayan bütün xalqlar bu səhv addımdan zərər görəcəklər.

Sənəddə, həmçinin qeyd olunur ki, bütün xəbərdaqlıqlara baxmayaraq, İraqın şimalında referendum keçirilərsə, Türkiyə beynəlxalq hüquq normalarına uyğun olaraq hərəkət etməli olacaq.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında