Belqradda Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası keçirilib

Sentyabrın 22-də Serbiyanın paytaxtında Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş Assambleyası keçirilib.

Baş Assambleyanın gündəliyində FENA Agentliyinin (Bosniya və Herseqovina) təşkilata qəbul olunması məsələsi yer alıb. Gizli səsvermə yolu ilə agentlik EANA-nın üzvü seçilib. Avstriyanın APA Agentliyinin nümayəndəsi Klement Piq alyansın bürosuna seçilib.

Baş Assambleya, həmçinin EANA-nın prezidentinin və baş katibinin hesabatlarını dinləyib.

Assambleyanın işində AZƏRTAC-ın AFR-dəki xüsusi müxbiri, OANA-nın baş katibi Vüqar Seyidov iştirak edib. O, səslərin sayılması üçün assambleyanın seçki komissiyasının tərkibində yer alıb.

Xatırladaq ki, AZƏRTAC 2008-ci ildən EANA-nın üzvüdür. 

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında