Sankt-Peterburq Qanunvericilik Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub

Sentyabrın 22-də Milli Məclisin Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

AZƏRTAC-ın məlumatına görə, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu cür görüşlərin keçirilməsi münasibətlərimizin dərinləşməsində böyük rol oynayır. Azərbaycan-Rusiya əlaqələri həyatın bütün sahələrində inkişaf edir. Parlamentlərarası əlaqələr dövlətlərarası münasibətlərin dərinləşməsinə öz töhfəsini verir. O, deputatlarımızın Sankt-Peterburqa işçi səfərləri, o cümlədən MDB Parlamentlərarası Assambleyasının tədbirlərində iştirakı barədə danışıb.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Mixail Zabelin bildirib ki, xalqlarımız arasında dostluq münasibətləri durmadan möhkəmlənir. Qeyd edilib ki, Azərbaycanda həmişə rus dilinə böyük hörmətlə yanaşılıb. Bu gün Azərbaycanda çox sayda rusdilli orta məktəb fəaliyyət göstərir, ali təhsil ocaqlarında rus dili tədris edilir. Diqqətə çatdırılıb ki, ölkəmizdəki rus icmasının üzvləri Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov səfərdən məmnun qaldıqlarını deyib. O, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri təqdir edib. Parlamentlər səviyyəsində əməkdaşlığın daha da dərinləşməsini, deputatlarımızın nüfuzlu beynəlxalq qurumlarda birgə səmərəli fəaliyyətini önəmli hesab edib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında