Dövlət Miqrasiya Xidmətinin rəisi Xorvatiyada səfərdədir

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev səfər çərçivəsində Xorvatiya Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə görüşüb.

Görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Azərbaycan Respublikasının miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanı olan DMX barədə məlumat verib.

F.Nəbiyev deyib ki, Azərbaycan ilə Xorvatiya arasında indiyə kimi müxtəlif sahələri əhatə edən 20-yə yaxın ikitərəfli saziş imzalanıb. Bu gün miqrasiya sahəsində də belə bir əməkdaşlıq sazişinə ehtiyac var. Bununla belə, 28 fevral 2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş Brüssel şəhərində imzalanıb və 01 sentyabr 2014-cü ildə qüvvəyə minib. Eyni məzmunlu sazişlər İsveçrə, Norveç və Monteneqro hökumətləri ilə də imzalanıb. Sazişlərə əsasən 2014-cü ildən hazırkı dövrədək 324 nəfər Azərbaycan Respublikası vətəndaşı readmissiya olunub. Beynəlxalq tərəfdaşlarla birgə beynəlxalq layihələr çərçivəsində readmissiya olunmuş Azərbaycan vətəndaşlarının reinteqrasiyasına xidmət tərəfindən önəm verilir. Doğrudur, indiyə qədər Xorvatiyadan readmissiya olunan Azərbaycan vətəndaşı olmayıb.

Sonra Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında qüvvəyə minmiş readmissiya sazişindən irəli gələrək, Xorvatiya Respublikası ilə sözügedən sazişin icra protokolunun imzalanması məsələsi müzakirə olunub.

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Zaqrebdə Xorvatiyanın Əhali, Ailə, Gənclər və Sosial Siyasət Nazirliyinin rəhbərliyi ilə də görüşüb.

Görüşdə diqqətə çatdırılıb ki, bu gün dünyada əhali, ailə, gənclər və sosial siyasət məsələləri dövlətlərin həssas yanaşdığı sahələrdir. Dövlət Miqrasiya Xidmətinin rəisi qeyd edib ki, bundan irəli gələrək, Azərbaycanda da demoqrafik proseslərin ölkənin sosial-iqtisadi strategiyasına uyğun inkişafına nail olmaq, ailələrin möhkəmləndirilməsini və miqrasiyanın tənzimlənməsini təmin etmək məqsədilə mühüm tədbirlər görülür. Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasəti nəticəsində ölkəmiz bir sıra mühüm uğurlar əldə edir. Prezident İlham Əliyev tərəfindən bu günlərdə Azərbaycan gəncliyi ilə bağlı sayca üçüncü, 2017-2021-ci illəri əhatə edən növbəti Dövlət Proqramının imzalandığını deyən F.Nəbiyev bu sənədin gənclərin şəxsi inkişafına, ölkə səviyyəsində geniş tərkibli işlərin aparılmasına təkan verəcəyini konkret faktlarla əsaslandırıb.

Səfər çərçivəsində Xaricdə Yaşayan Xorvatlar üzrə Mərkəzi Dövlət İdarəsi rəhbərliyi ilə görüş olub. İdarənin fəaliyyəti ilə tanışlıq və geri qayıtmış və readmissiya olunmuş xorvatların reinteqrasiyası, məşğulluğunun təmini və sosial müdafiəsi ilə bağlı Xorvatiyanın təcrübəsinin öyrənilməsi məqsədilə keçirilən görüşdə DMX rəisi bildirib ki, ölkəmizdəki əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması məqsədi ilə 2009-cu ildə yaradılmış Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət edilir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında