ANAMA və NATO-nun Ceyrançöl layihəsinin 3-cü mərhələsi başlayır

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun çərçivəsində icra olunan “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı, gələcəkdə azərbaycanda icra olunacaq etimad fondu layihələrinin perspektivləri” mövzusunda tədbir keçirəcək.

ANAMA-dan APA-ya verilən məlumata görə, Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi 1955-1991-ci illər ərzində keçmiş sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilib.

Layihənin birinci mərhələsi çərçivəsində 28 ay (aprel 2012 – iyul 2014) ərzində 64 kvadrat-kilometr olan ümumi sahənin 19 kvadratkilometr ərazisi tam təmizlənib və 14,654 PHS və 173 tank əleyhinə mina tapılaraq zərərsizləşdirilib.

Layihənin ikinci mərhələsinə 2014-cü il 8 iyul tarixindən start verilib və 24 ay müddətində davam edən mərhələ çərçivəsində 23.584.545 kvadratmetr ərazi təmizlənib, 1,553 döyüş məqsədli PHS və minlərlə metal qırıntıları tapılaraq zərərsizləşdirilib. 22 kvadratkilometr ərazini əhatə edən üçüncü mərhələ 2017-ci ilin yanvar ayında başlamış və 2018-ci il ərzində bitməsi nəzərdə tutulub.

ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun “Ceyrançöl təmizləmə layihəsi”nin üçüncü mərhələsi olan 21.395.505 kvadratmetr ərazinin təmizlənməsi NATO tərəfindən rəsmən təsdiq olunub. Türkiyə Respublikası bu layihə üzrə aparıcı ölkə rolunu öz üzərinə götürüb. Azərbaycan hökuməti vəziyyətlə dərindən maraqlanıb və bu layihənin ölkə üçün əhəmiyyətini nəzərə alaraq, layihənin ümumi dəyərinin 50 faizi miqdarında maliyyə vəsaiti ayırıb.

Layihənin üçüncü mərhələsinin təqdimat mərasimi sentyabrın 26-da Bakıda keçiriləcək.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında