Pxenyan Trampa hidrogen bombasının sınağı ilə cavab verəcəyini bəyan edib

Nyu Yorkda BMT Baş Assambleyasının sessiyasında iştirak edən Şimali Koreyanın XİN rəhbəri Li Yon Xo jurnalistlərə bildirib ki, Pxenyan Donald Trampın BMT-dəki nitqinə cavab olaraq, Sakit okeanda hidrogen bombasını sınaqdan keçirə bilər.

APA-nın xəbərinə görə, bu barədə “Renhap” agentliyi məlumat yayıb.  

Şimali Koreyanın lideri Kim Çen In bundan əvvəl ­Trampın çıxışını “ağılsız”, onun özünü isə “alovla oynayan xuliqan və quldur” adlandırıb və nitqinə cavab olaraq sərt tədbirlər görəcəyini vəd edib.

Qeyd edək ki, Donald Tramp çıxışında KXDR-in ABŞ-ın təhlükəsizliyinə təhdid yaradacağı təqdirdə bu ölkəni yerlə-yeksan edəcəyini deyib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında