Moqerini: İranın nüvə proqramına dair razılaşmanın iştirakçıları öhdəliklərini tam yerinə yetirirlər

İranın nüvə proqramına dair razılaşmanın bütün iştirakçıları öhdəliklərini tam yerinə yetirirlər.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib.

“Bu gün açıq və dürüst müzakirələrin şahidi olduq. Ümumi qənaətimizə görə, İranın nüvə proqramı üzrə razılaşmanın bütün iştirakçıları öhdəliklərini tam yerinə yetirirlər. Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentlik artıq səkkiz dəfə təsdiqləyib. Ayrı-ayrı mübahisəli məsələlərə görə danışıqları bərpa etməyə ehtiyac yoxdur”, – deyə F.Moqerini vurğulayıb.

Bu gün Nyu-Yorkda, BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində “altılıq” ölkələri və İran arasında görüş keçirilib. ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Almaniya, Çin və İran XİN rəhbərləri İranın nüvə proqramına dair əldə olunmuş razılaşma ətrafında müzakirələr aparıblar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında