“Azərbaycan–Rusiya: dostluq qanadlarında” festivalının qalibləri ilə görüş

Nizami Kino Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov “Azərbaycan–Rusiya: dostluq qanadlarında” devizi altında keçirilən gənclərarası yaradıcılıq müsabiqə-festivalının təşkilatçıları və qalibləri ilə görüşüb.

Görüşdə çıxış edən idarə rəisi ölkələrimiz arasında mədəni əlaqələrin tarixindən danışıb. Vurğulayıb ki, müsabiqə-festivalın keçirilməsində məqsəd mədəniyyətimizin milli xüsusiyyətlərinin tanıdılması, Azərbaycan və Rusiya mədəniyyətlərinin qarşılıqlı inkişafı üçün şəraitin yaradılmasıdır.

Rusiya Federasiyasının Çelyabinsk vilayətində Azərbaycan diasporunun nümayəndəsi Rəfail Quliyev çıxışında Azərbaycanın mədəni inkişafının və mənəvi dəyərlərinin təbliği istiqamətində görülən işlərin Rusiyada yaşayan xalqlara çatdırılmasının və 5-ci ildir ki, keçirilən festivalın əhəmiyyətini qeyd edib.

Festivalın münsiflər heyətinin sədri, Rusiyanın Əməkdar incəsənət xadimi, Çelyabinsk Dövlət Mədəniyyət və İncəsənət Akademiyasının estrada kafedrasının müdiri, professor R. Həbibulin ənənəvi olaraq keçirilən festival-müsabiqənin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Məlumat üçün bildirək ki, Çelyabinsk şəhərində “Azərbaycan–Rusiya: dostluq qanadlarında” devizi altında gənclərarası yaradıcılıq müsabiqə-festivalına 2013-cü ildən start verilib. Tədbir Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, Çelyabinsk vilayətinin mədəniyyət, elm və təhsil idarələrinin, Çelyabinsk Şəhər Administrasiyasının birgə təşkilatçılığı, Çelyabinsk Vilayəti Azərbaycan Mədəniyyət Mərkəzi “Ozan” İctimai Təşkilatının dəstəyi ilə keçirilir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında