İran yeni ballistik raketini nümayiş etdirib

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə “Press TV”-yə deyib.

Yeni ballistik raket Prezident Həsən Ruhani və yüksək səviyyəli hərbi nümayəndələrin iştirakı ilə keçirilən hərbi paradda nümayiş olunub. Bir il bundan əvvəl müdafiə naziri postunu tutan Hüseyn Dehqan bildirmişdi ki, İran “Hürrəmşəhr” raketlərinin üç yeni modelinin istehsalına başlamaq niyyətindədir.

Yeni raket 2 min kilometr məsafəni qət etmək və bir neçə döyüş başlığı daşımaq qabiliyyətinə malikdir.

Qeyd edək ki, H.Ruhani bu yaxınlarda İranın raket potensialını gücləndirəcəyini demişdir.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında