Texnoloji şirkətlər terror mesajlarına mane olmalıdır

Böyük Britaniyanın Baş naziri Tereza Mey BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışında internet şirkətlərinin nailiyyət əldə etdiyinə toxunub. Lakin onların daha çevik və sürətlə işləmələrinin vacibliyini qeyd edib. Tereza Mey onları onlayn terror mesajlarına mane olmağa çağırıb. Məlumatı “Amerikanın səsi” verib.

Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Paolo Qentiloni də Meyin çağırışını dəstəkləyiblər.

Mesajların silinməsindən əlavə liderlər bu mesajlara qarşı etiraz səslərinin ucaldılmasının vacibliyini vurğulayıblar.

 “Twitter” şirkəti ­2015-ci ildən bu günə kimi İŞİD-lə əlaqəsi olan hesabların bağlandığını bəyan edib. Bağlanan hesabların ümumi sayı 360 mindir. Məlumdur ki, İŞİD sosial mediadan mesajlarını yaymaq və sıralarına insanları cəlb etmək üçün istifadə etməyə çalışır.

Sirkət bildirir ki, 2015-ci ildən bəri gündəlik bağlanmalar 80 faiz artıb. Buna baxmayaraq, bir çox istifadəçinin yenidən “Twitter” ə yol tapdığı söylənilib.

Qeyd edək ki, “Facebook” sosial şəbəkəsi “terror aksiyası“ kimi yazıları qadağan edib.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında