Nihat Zeybekçi: Türkiyə iqtisadiyyatı maneələrə baxmayaraq inkişaf edir

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi dünən Nyu-Yorkda təşkil olunan işgüzar forumda çıxış edərək deyib ki,  Türkiyə iqtisadiyyatı bütün maneələrə baxmayaraq inkişaf edir. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Nazirin sözlərinə görə,  2016-cı il iyulun 15-də baş vermiş dövlət çevrilişi cəhdi, qonşu Suriya və İraqdakı münaqişələr, Rusiya ilə münasibətlərdə yaranmış problemlər, Türkiyənin özündə terrorçuların fəallaşması ölkə iqtisadiyyatı üçün imtahan olub. Lakin Türkiyə iqtisadiyyatı bu çətin sınaqdan üzüağ çıxa bilib. O deyib: “Bütün sadaladığım çətinliklərə rəğmən, Türkiyə iqtisadiyyatı 2016-cı ili 3,2 faiz artımla başa vurub”.

N.Zeybekçi bu il ölkədə iqtisadi göstəricilərin daha da yaxşılaşacağına əmin olduğunu bildirib. Qeyd edib ki, bu ilin ilk iki rübü ərzində ölkədə iqtisadi artım sürəti 5,2 faiz təşkil edib. Nazirin sözlərinə görə, bu ilin üçüncü rübündə ölkənin iqtisadi inkişafının daha da sürətlənəcəyi gözlənilir. 

Türkiyəli nazir iqtisadiyyatda inkişafı şərtləndirən amilləri də açıqlayıb. Deyib ki, Türkiyə hökuməti ölkədə istehsalı və ixracı stimullaşdırmağa çalışır. Məhz bu və başqa amillər inkişafa təkan verir. N.Zeybekçi vurğulayıb ki, hökumət qarşıdakı 2018, 2019 və 2020-ci illlərdə iqtisadi artımın davam etməsi üçün lazımi tədbirlər görür. 

Türkiyənin iqtisadiyyat naziri ölkəsinin tikinti sektorunda əldə olunan uğurları nümunə göstərib. Deyib ki, Türkiyənin tikinti sektoru hazırda dünyada ikinci mövqedə qərarlaşıb. Qürurverici faktdır ki, ölkənin tikinti şirkətləri xarici ölkələrdə 350 milyard dollarlıq layihələri həyata keçiriblər. 

Bununla bərabər, Türkiyənin bank-maliyyə sahəsində müəyyən problemlər mövcuddur. Beynəlxalq reytinq agentliyi - “Fitch Ratings” Türkiyə banklarının xarici borclarının artması barədə məlumat yayıb. Lakin ekspertlərin fikrincə, borcun artması Türkiyə bankları üçün hələlik ciddi problem yaratmır, belə ki, banklar öz likvidliyini saxlayır.

“Fitch Ratings” agentliyin açıqlamasında həmçinin deyilir ki, bu ilin birinci yarısında Türkiyə banklarının xarici borcu 9 milyard dollar artaraq 172 milyard  dollara çatıb. Xarici borcun artmasına bank istiqrazlarının yüksək emissiyası, bazarın dəyişən şərtləri və dünyanın aparıcı valyutalarının məzənnələrindəki dəyişkənliklər səbəb olub.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında