Erkan Özaral: Aprel hadisələri Azərbaycan ordusunun nəyə qadir olduğunu göstərdi, hər kəs bunu görməli, ağlını başına yığmalıdır

“Türkiyə ilə Azərbaycan iki qardaş dövlətdir. Bu gün Azərbaycanın və Türkiyənin ən böyük problemi Qarabağ məsələsidir”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olaraq bu problemin diplomatik, müzakirələr, sülh yolu, Azərbaycanın ərazi bütövlüyünün qorunması çərçivəsində həllini arzu edir: “Problemin qısa zamanda yurd-yuvalarından qaçqın və məcburi köçkün olan vətəndaşların öz torpaqlarına qayıdacağı şəkildə həll edilməsini istəyirik. Hər şeydən önəmli bu problemin sülh yolu ilə həll edilməsidir. Müzakirələrin nəticə verməsi üçün hər kəs məsuliyyətini dərk etməli, ağlını başına yığmalıdır. Ötən il yaşanan aprel hadisələri bizə Azərbaycanın ordusunun nələrə qadir olduğunu göstərdi. Hər kəs bunu görməlidir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında