Bilik Fondunda 700 bal toplayan abituriyentlərlə görüş

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda 2017-2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərlə görüş keçirilib. Görüşdə fondun əməkdaşları və Könüllülər Birliyinin üzvləri, tələbə adını qazanmış abituriyentlərin valideynləri iştirak ediblər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov tələbələri yeni dərs ilinin başlanması münasibəti ilə, həmçinin göstərdikləri yüksək nəticəyə görə təbrik edib, onlara gələcək təhsil və karyera yolunda uğurlar arzulayıb. Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini sitat gətirən O.Səmədov gəncləri bundan sonra daha da səylə çalışmağa, Azərbaycanın gələcəyi üçün savadlı və gərəkli kadrlar kimi yetişməyə, ölkənin insan kapitalını zənginləşdirməyə çağırıb.

 Bilik Fondunun informasiya təminatı sektorundan bildiriblər ki, müstəqil həyata qədəm qoyan tələbələr tanınmış kulturoloq, professor Fuad Məmmədovun elm, təhsil sahəsində uğur qazanmaq, həyatda layiqli yerlərini tutmaq, gərəkli vətəndaş olmaq üçün verdiyi dəyərli tövsiyələri dinləyib, onları maraqlandıran suallara cavab alıblar.

Göstərilən diqqətə görə Bilik Fonduna minnətdarlığını bildirən gənclər və onların valideynləri dövlətin təhsilə qayğısından danışıblar. Tələbələr müxtəlif ali təhsil müəssisələrində təhsillərini ən yüksək səviyyədə davam etdirəcəklərinə söz veriblər. 

Sonda 700 bal toplayan abituriyentlərə Bilik Fondunun hədiyyələri təqdim olunub.     

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında