İran hərbi bazalarının yoxlanılmasına icazə verməyəcək

"Hərbi bazalarımızın yoxlanılmasına icazə verməyəcəyik". APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Silahlı Qüvvələri komandanının müavini Əhmədrza Purdəstan ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylinin İranın hərbi bazalarının yoxlanıla biləcəyinə dair açıqlamasına münasibət bildirirkən deyib.

Ə. Purdəstan deyib ki, hərbi bazaların yoxlanılması ilə bağlı Silahlı Qüvvələrin Baş Qərargahı rəsmi mövqeyini açıqlayıb: “Hərtərəfli Birgə Fəaliyyət Planında da hərbi mərkəz və bazaların yoxlanılması istisna olunur. Silahlı Qüvvələr öz mövqeyini tam müdafiə edəcək və icazə verməyəcək ki, kimsə bazaları yoxlasın”.

Ə. Purdəstan İran Silahlı Qüvvələrinin ABŞ gəmisinə xəbərdarlıq etməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O deyib ki, İran İslam Respublikasının qayıqları bir neçə gün əvvəl problem yaranan bir gəmiyə yardım etmək üçün həmin gəmiyə yaxınlaşıb. Bu zaman ABŞ gəmisi də həmin gəminin yanına gəlib: “İran Silahlı Qüvvələrinin xəbərdarlığı ilə ABŞ gəmisi geri çəkilib. Bu sahədə beynəlxalq qanunlar mövcuddur, ABŞ da dəniz qanunlarına əməl etməyə borcludur”.

Qeyd edək ki, Nikki Heyli Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) sədri Yukya Amano ilə görüşdə bildirib ki, Hərtərəfli Birgə Fəaliyyət Planına uyğun olaraq, İranda şübhəli hərbi bazalarda yoxlamalar aparıla bilər və aparılmalıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında