Lerikdə aqrar sahənin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Lənkəran şəhərində çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısının çıxışından irəli gələn vəzifələrlə əlaqədar Lerik Rayon İcra Hakimiyyətində ümumrayon müşavirəsi keçirilib. 

Müşavirədə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, kənd təsərrüfatı mütəxəssisləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov müşavirəni açaraq, Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Lənkəran şəhərində çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində adıçəkilən sahələrin inkişaf etdirilməsi ilə bağlı görülən işləri, gələcəkdə həyata keçiriləcək tədbirlərə dair cənab İlham Əliyevin verdiyi tapşırıqları müşavirə iştirakçılarının nəzərinə  çatdırıb. Ölkə rəhbərinin Sabirabadda pambıqçılığa, Qaxda barama, tütün və fındıq istehsalına, Lənkəranda isə çay, çəltik və sitrus meyvələri istehsalına dair müşavirələr keçirməklə ölkəmizin hər bir bölgəsi üçün ənənəvi sahələrin inkişafına xüsusi diqqət göstərdiyini vurğulayıb. Prezident İlham Əliyevin müşavirədəki dərin məzmunlu çıxışının hər bir fermer, sahibkar, iş adamı üçün icrası vacib və strateji əhəmiyyət daşıyan fəaliyyət proqramı olduğunu bildirib. Natiq aqrar sahənin inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi üçün istifadəsiz torpaqların əkin dövriyyəsinə daxil edilməsinə və ənənəvi əkinçilik sahələrinin bərpa olunmasına böyük önəm verildiyini vurğulayıb. Qeyd edilib ki, 2017-ci ildə Lerikdə 25 hektarda tütün əkilmiş, indiyədək 13 ton yaş tütün yarpağı yığılaraq Yardımlı rayonunda yerləşən qurutma sexinə təhvil verilmişdir. “İmmuna” sortu əkən mülkiyyətçilər tərəfindən yarpaqların yığılmasına başlanmışdır. Rayon ərazisində qismən olan çayçılığın, ənənəvi sahə sayılan üzümçülüyün və digər sahələrin bərpası üçün qarşıda çox mühüm vəzifələrin dayandığına diqqət cəlb edilib. Dövlət başçısı tərəfindən göstərilən etimadı doğrultmaqdan ötrü bütün rayon ictimaiyyətinin səfərbər olunmasının, sahibkarlara lazımi kömək göstərilməsinin vacibliyi önə çəkilib.  

 Tədbirdə rayon kənd təsərrüfatı idarəsinin müdiri Mahmud Zahidov, bitki mühafizəsi mərkəzinin rəisi Ağayar Cəfərov, çayçılıq üzrə mütəxəssis Tofiq Hacıyev,  keçmiş üzümçü Qulamhüseyn İsrafilov və təsərrüfat rəhbəri Ağabəy Ağayev çıxış edərək rayonda çayçılığın, üzümçülüyün bərpası və genişləndirilməsi, mövcud problemlərin aradan qaldırılması ilə bağlı rəy və təkliflərini bildiriblər.

Müşavirəyə yekun vuran rayon icra hakimiyyəti başçısı R. Bağırov qarşıda duran vəzifələrlə bağlı tapşırıq və tövsiyələrini verib.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında