Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadasının açılışı olmuşdur

Sentyabrın 12-də hər il “Neftçilər günü” ərəfəsində keçirilməsi artıq ənənə halını almış “Neft, qaz və kimya sənayesi işçilərinin XXV Spartakiadası”nın açılış mərasimi olmuşdur.

SOCAR-dan verilən məlumatda bildirilir ki, açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri, Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Olimpiya və dünya çempionları iştirak etmişlər. İlk olaraq spartakiadanın iştirakçı komandaları stadiona çıxmış, yarışların baş hakimi Hicran Şərifov təşkilat komitəsinin rəhbərinə raport vermişdir.

Sonra çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev idmançıları bu möhtəşəm idman bayramı münasibətilə təbrik etmiş, bildirmişdir ki, respublikamızda bədən tərbiyəsi və idmana olan dövlət qayğısı gündən-günə artır. Bunun sayəsində Azərbaycan idmanı artıq yüksək inkişaf səviyyəsinə çatıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın da inkişafını daim diqqət mərkəzində saxlamış, kütləvi idman növlərinin geniş yayılmasına diqqət və qayğı göstərmişdir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları bu gün ölkəmizdə idmanın və idmançıların ən böyük himayəçisidir.

 R.Abdullayev dövlətin idman siyasətinin həyata keçirilməsində SOCAR-ın daim fəallıq göstərməsindən söz açaraq bildirmişdir ki, ölkəmizdəki idman klubları arasında “Neftçi” həm zəngin tarixinə, həm də müasir uğurlarına görə xüsusi yer tutur. Klub daim neft, qaz və kimya sənayesinin işçiləri arasında müxtəlif turnirlər təşkil edir ki, onlardan da ən möhtəşəmi Spartakiadadır. Bildirilmişdir ki, Spartakiada iştirakçılarının sayı ilbəil artır. Builki idman yarışlarında 14 növ üzrə mübarizə aparan 31 komandanın tərkibində 1238 nəfər iştirak edir ki, onlardan da 201-i qadındır. SOCAR prezidenti peşəkar idmançıların yetişdirilməsi sahəsində “Neftçi” idman klubu nun rolundan, klubun yetirmələrinin beynəlxalq arenalarda qazandıqları nəticələrdən danışmış, qeyd etmişdir ki, bu ilin may ayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qalib adını qazanmasında klubun böyük rolu olmuşdur. Belə ki, əldə edilən 162 medaldan 59-nu ölkəmizə “Neftçi” idman klubunun təmsilçiləri qazandırmışlar. R.Abdullayev spartakiada iştirakçılarına yarışlarda uğurlar arzulamışdır.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, veteran neftçi Zaməddin Həmişəyev Azərbaycanda idmanın inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən söz açmış, bildirmişlər ki, paytaxtla yanaşı, respublikamızın müxtəlif bölgələrində beynəlxalq standartlara cavab verən müasir olimpiya idman kompleksləri tikilir və bu komplekslərdə yüksək səviyyəli idmançılar hazırlanır. Sonra idmançıların nümunəvi çıxışları olmuşdur.

Tədbirin sonunda mədəniyyət və incəsənət xadimləri idmançılar qarşısında çıxış etmişlər.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında