“Terminator” döyüş maşını uğurla sınaqdan keçirilib

Rusiya tankları dəstəkləyən “Terminator” (BMPT) adlı döyüş maşınını Suriyada aparılan hərbi əməliyyatlarda uğurla sınaqdan keçirib. Bu barədə RİA “Novosti” informasiya agentliyi məlumat yayıb.

“Ural maşınqayırma konstruktor bürosu” ASC-nin baş direktoru və konstruktoru Andrey Terlikov Rusiyada keçirilən “Uraltank” festivalı çərçivəsində mətbuat konfransında çıxış edərək deyib ki, BMPT Suriyada döyüş şəraitində sınaqdan keçirilib. O qeyd edib ki, “Terminator” döyüş maşını Suriyaya paradlarda nümayiş etdirilməsi üçün yox, İŞİD-ə qarşı mübarizədə iştirak etmək üçün göndərilib.

Onun sözlərinə görə, sınaqlar zamanı uğurlu nəticələr əldə olunub.

Xatırladaq ki, iyun ayında “Terminator” döyüş maşınının Suriyaya göndərilməsi haqqında məlumat verilmişdi. O zaman Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeri Gerasimov “Xmeymim” aviabazasında tankları dəstəkləyən “Terminator” döyüş maşınını Suriya Prezidenti Bəşər Əsədə nümayiş etdirmişdi.

Yeri gəlmişkən, Rusiya Müdafiə Nazirliyinin idarə rəisi Aleksandr Şevçenko jurnalistlərə açıqlamasında bildirib ki, artıq tankları dəstəkləyən zirehli döyüş maşını bu ildən RF-nin hərbi arsenalına daxil ediləcək. Onun sözlərinə görə, bütün dünyanın maraq göstərdiyi yeni hərbi texnika ilə İsrail və Suriya yaxından maraqlanır.

Mahmud QƏZƏNFƏROĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında