İtaliya miqrantlara qucaq açır

Miqrantlara qarşı təzyiqlərin artığı bir dövrdə İtaliyanın Ventotene adasının rəhbərliyi “bizə gəl”in çağırışı ilə qaçqınlara üz tutur. Bu barədə BBC məlumat verib.

Qeyd edək ki, əhalisinin əksəriyyətini yaşlılar təşkil edən ada Neapol yaxınlığında yerləşir. Qış mövsümündə adada təxminən 200 sakin yaşamasına baxmayaraq, yazda buraya çoxlu turist axını müşahidə olunur.

Yerli bələdiyyə başçısı qapıları qaçqınların üzünə açmaqla əhalinin yaşlanmasına görə adanın sakinsiz qalmaq təhlükəsini sovuşdurmaq istəyir. Bələdiyyə rəhbəri Gerardo Santomauro bildirib ki, “məktəb ilini başlamağı planlaşdırırıq, amma orta məktəbimizin açılacağını bilmirik”.

G.Santomauro adanın daha da boşalmasının qarşısını almaq üçün hökumətə müraciətində İtaliyada sığınacaq istəyən uşaqlı ailələri Ventoteneye göndərməyi təklif edir. G.Santomauro hesab edir ki, bu, Ventoteneni canlandıra və Avropaya nümunə ola bilər: “Miqrant ailələrə və yetimlərə qucaq açmaq, bizim üçün xarici dünyaya özümüzü təqdim etmək deməkdir... Bununla biz Avropada nümunə ola bilərik”.

Bələdiyyə Məclisinin təklifi Şəhər Şurasında müzakirə edildikdən sonra həyata keçirilə bilər.

Ötən il İtaliyada Legambiente Birliyinin hesabatında göstərilmişdir ki, təxminən 8 min kənd və qəsəbənin üçdə birində əhalinin yaşlanması müşahidə olunur. Sənəddə yaşayış məntəqələrinin sakinsiz qalmasının qarşısını almaq üçün miqrant qəbul etmək tövsiyə olunur.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında