ABŞ Myanmadakı vəziyyətdən narahatdır

Myanmadakı vəziyyət göstərir ki, bu ölkənin təhlükəsizlik qüvvələri dinc əhalini qorumaq iqtidarında deyil.

APA-nın xəbərinə görə, bu barədə Ağ evin mətbuat katibi Sara Sandersin bəyanatında bildirilir.

“Myanmanın Arakan bölgəsindəki vəziyyət ciddi narahatlıq doğurur. Kütləvi qaçqın axını, arakanlı müsəlmanlara qarşı törədilən zorakılıqlar ölkənin təhlükəsizlik qüvvələrinin dinc əhalini qorumaq iqtidarında olmadığını göstərir. Bununla bağlı biz Myanma hökumətini qanunun aliliyinə hörmət etməyə, zorakılıq halları və dinc əhaliyə qarşı aparılan davamlı təzyiqlərə son qoymağa çağırırıq”, – deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, avqustun sonunda “Arakan Rohinca Qurtuluş Ordusu” qruplaşması ilə Myanma hökumət qüvvələri arasında baş verən toqquşmaların hərbi münaqişəyə çevrilməsi yüzlərlə dinc əhalinin ölümünə səbəb olub, minlərlə müsəlman ölkəni tərk etməyə məcbur qalıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında