Aviasiya Akademiyasında “Təbii təhlükələr, fəlakət riskləri və dayanıqlı inkişaf” mövzusunda seminar keçirilib

8-də Milli Aviasiya Akademiyasında “Təbii təhlükələr, fəlakət riskləri və dayanıqlı inkişaf” mövzusunda elmi seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, seminarı giriş sözü ilə açan Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev məruzəçi və müzakirə edilən məsələ haqqında seminar iştirakçılarına məlumat verib. Akademik məruzəçinin qazandığı mükafatlardan, elmi fəaliyyətindən bəhs edib və mövzunun əhəmiyyətini vurğulayıb.

Daha sonra mövzu barədə alim, Beynəlxalq Geodeziya və Geofizika İttifaqının baş katibi, Karlsrue Texnologiya İnstitutunun (Almaniya) professoru, Rusiya Elmlər Akademiyasının Zəlzələlərin Proqnozlaşdırılması Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutunun baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Əli İsmayılzadə çıxış edib.

Seminarda Milli Aviasiya Akademiyasının professor-müəllim heyəti ilə yanaşı, AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın institut direktorları, akademiklər, professorlar və tanınmış alimlər iştirak ediblər.

Qeyd edək ki, Ə.İsmayılzadə bir çox beynəlxalq elmi layihələrin rəhbəri, Böyük Britaniyanın Astronomiya Cəmiyyətinin fəxri üzvüdür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında