Statistika Komitəsi ilə Dünya Bankının statistika sahəsində əməkdaşlığı müzakirə olunub

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında statistika sahəsində ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə edilib.

Statistika Komitəsindən müzakirələr fevralın 7-də komitənin sədri Tahir Budaqovun ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə aparılıb.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqvinin və digər əməkdaşlarının də qatıldığı görüşdə Azərbaycan hökuməti ilə Dünya Bankı arasında fəal tərəfdaşlıq, o cümlədən Dünya Bankının Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramı, iş yerlərinin diaqnostikası, yoxsulluğun qiymətləndirilməsi çərçivəsində planlaşdırılan fəaliyyətlər və Dünya Bankının Dövlət Statistika Komitəsi ilə həyata keçirdiyi layihələr ətrafında müzakirə aparılıb.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafın təmin edildiyini, makroiqtisadi sabitliyin nəinki qorunub saxlanıldığını, eyni zamanda, iqtisadi potensialın daha da gücləndirildiyini bildirib.

Azərbaycanda qeyri-neft sektorunun şaxələndirilməsi ilə bağlı sistemli tədbirlərin görüldüyünü qeyd edən komitə sədri bu istiqamətdə statistik informasiya təminatının daha da gücləndirilməsi məqsədilə statistika sistemində aparılmış islahatlar, qazanılmış nailiyyətlər və planlaşdırılan işlər barədə ətraflı məlumat verib. Bildirib ki, Dövlət Statistika Komitəsinin təşəbbüsü və Avropa İttifaqının Statistika Bürosuna (Avrostat) rəsmi müraciəti əsasında baş tutan və Avrostat, BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası tərəfindən keçirilmiş Azərbaycanın Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin nəticələrində Azərbaycanın milli statistika sisteminin beynəlxalq və Avropa standartlarına əsasən uyğun olduğu rəsmən təsdiq edilib.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ölkə iqtisadiyyatının inkişafı və dayanıqlılığın statistik göstəricilərdə qabarıq müşahidə olunduğunu, Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın reytinqdə daha iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşması, həmçinin həmin təşkilatın ənənəvi inklüziv inkişaf indeksində dünyada inkişaf edən dövlətlər arasında üçüncü yerə layiq görülməsini təqdirəlayiq hal kimi qiymətləndirib. O, Azərbaycan Respublikasının statistika sisteminin daha da təkmilləşdirilməsi istiqamətində aparılan işlərin müsbət əhəmiyyətini, bununla bağlı Dünya Bankı tərəfindən zəruri dəstək göstəriləcəyini vurğulayıb.

Görüşdə Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında statistika sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında